Mamoplastika
Sinə böyütmə, kiçiltmə və süd vəzinin rekonstruksiyası kimi bir neçə şəkildə icra edilən əməliyyatlar düzgün sinə quruluşu əldə etmək məqsədi daşıyır.
Mamoplastika ilə sinə böyütmə, kiçiltmə və qaldırma prosedurları həyata keçirərək vücudunuza ən uyğun döş ölçüsünə və görünüşünə sahib ola bilərsiniz. Süd vəzilərinin estetik əməliyyatları asan tətbiqi və qənaətbəxş nəticələri ilə bu gün ən çox seçilən əməliyyatlardan hesab olunur.
Sinə formasında yararnan deformasiyalar sadəcə irsi faktorların təsiri ilə deyil, həm də qocalma səbəbindən baş verə bilər. Hamiləlik və doğuşdan sonrakı əmzirmə dövrü bədən quruluşunda deformasiyaya səbəb olan bir digər faktordur. Mamoplastika xəstənin həyat keyfiyyətinin yüksəldilməsi və özünə inamının yenilənməsində çox təsir edir. Bu baxımdan döş implantlarına daha çox üstünlük verilir. Əməliyyat döş asimmetriyasını və görünüşünü düzəltmək, implant tətbiqi ilə həcmi artırmaq, döş ölçüsünün səbəb olduğu bel və boyun ağrılarını aradan qaldırmaq məqsədi ilə həyata keçirilir.
Xəstənin fiziologiyasına uyğun olaraq planlaşdırılmış əməliyyatlarla döşün yenidən formalaşdırılması və ölçü və həcm əldə etməsi məqsədi ilə həyata keçirilir.
Döşlərdə həyata keçirilən mammoplastika əməliyyatı üç məqsələ həyata keçirilir : böyütmə, kiçiltmə və rekonstruksiya.
Böyütmə məqsədi ilə həyata keçirilən mamoplastika əməliyyatı döşlərin görünüşünü, ölçüsünü və konturunu artırmaq üçün edilir. Sinə böyütmə əməliyyatı bir neçə məqsədlə həyata keçirilir. Hamiləlik sonrası yaranan deformasiya, sinə assimetirasiyası kimi səbəblər buna nümunə olaraq verilə bilər.
Sinə böyütmə əməliyyatı sinə əzələsinin altına və ya sinə əzələsinə yerləşdirilə bilən implantlarla həyata keçirilir. Böyütmə məqsədi ilə edilən mamoplastika əməliyyatları nisbətən sadə prosedurlardır.
Sinə kiçiltmə əməliyyatı tez-tez böyük ölçü səbəbi ilə boyun ağrısı, bel ağrısı uyuşma və ya zəiflik kimi narahatlıq yaşayan qadınlara tətbiq olunur. Bu prosedur zamanı artıq dəri, piy və döş toxuması çıxarılır.
Döş vəzinin rekonstruksiya əməliyyatı tez-tez döş xərçənginin müalicəsi olaraq mastektomiyaya məruz qalan qadınlarda həyata keçirilir. Plastik əməliyyat vasitəsiylə sinəni istədiyiniz görünüş, kontur və həcmlə yenidən yaratmaq mümkündür.
Döşün bərpası mastektomiyadan sonra istənilən vaxt edilə bilər. Prosedurun xərçəngin təkrarlanmasına məlum təsiri yoxdur. Bununla yanaşı, əməliyyata qərar verməzdən öncə lazımlı analizlər verməli və həkiminizlə əlaqə qurmalısını.
18 yaşını tamamlayan və döşlərinin görünüşündən razı olmayan şəxlər Mamoplastika əməliyatı keçirə bilərlər. Bu estetik əməliyyat döş dolğunluğunu itirən, yaşa görə döşləri sallanan qadınlar, döşlərində simmetriya problemi olan xəstələr, döşlərinin böyüklüyünə və ya kiçikliyinə görə özünə inam problemi olan şəxslərə və ya xərçəng kimi ciddi xəstəlikləri olmayan şəxslərə tətbiq edilə bilər. Əməliyyat etmək istəyən şəxslər bədənlərinin inkişaf dövrünü tamamlamasını gözləmələri məsləhət görülür. Kilo artımı və ya itkisi döşlərin formasına təsir edə bildiyi üçün arıqlamağı düşünən insanlara ilk növbədə arıqlaması tövsiyə olunur.
Xəstənin bədən quruluşuna, plastik əməliyyatdan gözləntisinə, çəkisinə görə xəstə və həkimin ortaq qərarı ilə təyin olunan mamoplastika əməliyyatı günümüz texnologiyası ilə asanlıqla həyata keçirilə bilər. Əməliyyatdan sonra xəstə bir gecə xəstəxana mühitində qaldıqdan sonra evə buraxılır.
Mamoplastika əməliyyatı qiyməti əməliyyatın növünə- döş böyütmə, döş kiçiltmə, döş dikləşdirmə görə dəyişir. Plastik əməliyyatın qiymətləri haqqında ətraflı məlumat almaq və digər nüanslarla bağlı ətraflı məlumatlar əldə etmək üçün bizimlə əlaqə saxlaya və ya online şəkildə konsulytasiyaya yazıla bilərsiniz.