Liposaksiya
Bədən şəkilləndirmə, azalmayan piylərin alınması məqsədilə həyata keçirilir. Bədənin müəyyən yerlərində artıq piy yığıntıları olan şəxslər əməliyyat üçün ideal sayılır.
Liposaksiya – artıq piylənmə kimi çəki problemi olmayan, lakin idman, dieta kimi arıqlama üsulları ilə aradan qaldırıla bilməyən yağlanmaları olan kəslərdə artıq piy toxumasını çıxarmaq və bədənə daha yaxşı forma vermək üçün tətbiq edilən cərrahi əməliyyatdır. Xüsusiylə qarın, omba, bud kimi bədənin müəyyən nahiyələrində olan yağ qatın çıxarmaq üçün tətbiq edilən bu əməliyyat zamanı artıq yağların çıxarılması və bədənə forma verilməsi üçün sovurma texnikasından istifadə edilir.
Xalq arasında ümumiyyətlə “bədən şəkilləndirmə” olaraq adlandırlan liposaksiya, keçmiş illərdən günümüzə qədər ən çox müraciət edilən estetik əməliyyatlardan biridir. Bu tətbiq xüsusilə omba, qarın, bel kimi həddindən artıq yağların görüldüyü bölgələrə tətbiq edilir.
Liposaksiya ümumiyyətlə müxtəlif üsullarla daha çox maye hala gətirilən piy toxumalarının 1-2 mm-lik kəsiklərdən, 2-3 mm diametrli nazik və uzun kanüllərdən istifadə edilərək sovurma texnikası ilə həyata keçirilir.
Əməliyyatdan əvvəl xəstələr cərrahiyyə əməliyyatına uyğun olduqlarından əmin olmaq üçün bəzi sağlamlıq testlərindən keçməlidirlər.
Liposaksiya əməliyyatı mərhələlərini belə sıralamaq olar:
Anesteziya
Cərrahi əməliyyat zamanı lokal anesteziya, venadaxili sedasiya və ümumi anesteziya edilə bilər. Əməliyyat zamanı tətbiq ediləcək anesteziya sizin sağlamlıq dəyərlərinizə uyğun olaraq müəyyən olunur.
Kəsik
Liposaksiya kiçik, gözə dəyməyən kəsiklər vasitəsilə həyata keçirilir. Əvvəlcə qanaxma və travmanı azaltmaq üçün anesteziya edilir. Daha sonra artıq piyləri boşaltmaq üçün kəsiklərdən nazik içi boş boru və ya kanül daxil edilir. Təmizlənən yağ daha sonra cərrahi vakum və ya kanula əlavə edilmiş şprisdən istifadə edərək bədəndən sorulur.
Əməliyyatdan sonra xüsusi hazırlanmış korsetlərdən istifadə edilməlidir. Bu korsetlər alınan yağ toxumasının miqdarına və bədən xüsusiyyətlərinizə görə təxminən 4 ilə 8 həftə müddətində istifadə olunur. Sağalma müddətində şişkinlik və bəzən göyərmə müşahidə olunur və bu vəziyyət zamanla yox olur. Prosedurdan bir həftə sonra tikişlər çıxarılır və bir-üç həftə sonra xəstənin ümumi vəziyyətində problem yoxdursa, işə və gündəlik həyatına qayıda bilər. Tətbiqdən 3-4 həftə sonra normal məşqlərə qayıtmaq mümkündür.
Digər cərrahi əməliyyatlarda olduğu kimi bu prosedurda da bu sahədə mütəxəssisləşmiş həkim ilə görüşməyiniz vacibdir. Liposaksiya əməliyyatı bir arıqlama üsulu deyil. Bu plastik müdaxilə yalnız bədən konturlarının daha düzgün olmasını təmin edən cərrahi üsuldur. Bədənininiz müəyyən nahiyələrində yağlamadan başqa artıq çəki probleminiz varsa, ilk növbədə pəhriz və idman proqramı tətbiq edərək artıq çəkinizdən qurtulmanız, daha sonra pəhrizlə getməyən artıq piylər üçün bu üsulu tətbiq etməyiniz məsləhət görülür.
Liposaksiya əməliyyatı sağlamlıq problemi olmayan, hamilə olmayan və ya yaxın zamanda doğum etməmiş hər kəsə tətbiq edilə bilər. Amma ürək xəstəlikləri, şəkərli diabet və s. kimi sağlamlıq problemi olan insanlar üçün əməliyyata qərar verməzdən öncə bir sıra analizlər verərək risk faktorlarını müəyyən edilməli və təhlükəli vəziyyətlərə qarşı lazımi tədbirlər görülməlidir. Liposaksiya ilə bağlı xüsusi yaş məhdudiyyəti olmasa da, yaşa bağlı dəri elastikliyini itirdiyi üçün bəzi yaşlı xəstələrə tətbiq edilə bilməz.
Liposaksiya əməliyyatı qiyməti əməliyyatın edildiyi bölgəyə görə dəyişir. Liposaksiya qiymətləri və prosedur haqqında məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya və ya pulsuz konsultasiyaya yazıla bilərsiniz.