Burun Ceper Eyriliyi Emeliyyati – Qiymeti ve Emeliyyat Sonrasi Dövr

  • Ana səhifə
  • Burun Ceper Eyriliyi Emeliyyati – Qiymeti ve Emeliyyat Sonrasi Dövr
burun ceper eyriliyi emeliyyati qiymeti

Burun Ceper Eyriliyi (Septum Deviasiyası) nədir?

Ön hissədə qığırdaqdan, arxa hissədə isə sümükdən ibarət olan septum; Sümük və qığırdaq arasında burun dəliklərinin və keçidlərin bir-birindən ayrılmasına imkan verən divar kimi müəyyən edilir. Bu divarın hər iki tərəfə assimetrik yerdəyişməsi əyilməyə səbəb olacaqdır. Bu əyrilik burun ceper eyriliyi (septum deviasiyası) olaraq adlandırılır. Çünki normal şəraitdə arakəsmə orta xəttdə, sol və sağ burun boşluqları bərabər genişlikdə olmalıdır. Ancaq bir çox insanlar septumun orta xəttdə olmadığından şikayətlənir bu cüzi əyriliklərə səbəb olur.

Septum adlanan divarın hamısı və ya bir hissəsi nəzərəçarpacaq dərəcədə əyilmişsə, insanda tənəffüs çətinliyi yarana bilər. Burun sümüyünün əyriliyi nə qədər çox olarsa, insanda bir o qədər də burun tutulması müşahidə olunur. Burun sümüyünün əyriliyindən əziyyət çəkən fərdlərdə sümük əyriliyi ilə birlikdə konka adlanan ətdə böyümə və şişlik meydana gələ bilər.

Bu, problem yaş ötdükcə insanları daha çox narahat etməyə başlayır. Ceper eyriliyinin ortaya çıxardığı ən  əhəmiyyətli problem xoruldama və yuxu apnesi kimi tənəffüs pozğunluqları üçün risk yaratmasıdır. Burun tutulması yaşayan şəxslərdə yuxu keyfiyyətində əhəmiyyətli dərəcədə azalma müşahidə olunur.  Bu özlüyündə məhsuldarlığın azlmasına, yorğunluq və baş ağrıları kimi problemlərin ortaya çıxmasına səbəb olur.

Burun ceper eyriliyinin səbəb nədir?

Burun ceperinin eyriliyi anadangəlmə ola bilər. Bundan əlavə, uşaqlıqda yıxılma, yaralanma və zərbə kimi travmalar da gələcəkdə burun sümüyünün əyriliyinə səbəb ola bilər. Çünki inkişaf dövründə burun divarında arakəsmə adlanan sümük və qığırdaq hissələri eyni sürətlə inkişaf etməyə bilər. Nəhayət, yetkinliyə keçid zamanı burun şəklində fərqliliklər və assimetriya baş verə bilər. Bu, burun əyriliyinin genetik səbəblərindən biridir.

 Burun ceper eyriliyi emeliyyati və sonrasi…

Çəpər əyriliyi problemində yeganə müalicə variantı olaraq burun ceper eyriliyi emeliyyati cərrahi üsullar önə çıxır. Burundakı sümük və qığırdaqların əyriliyini düzəltmək üçün qapalı texnika ilə tətbiq edilən septoplastika ceper əyriliyini düzəldən və burun balacalasdirmaq üçün edilən əməliyyatdır. Əməliyyat ümumi və ya lokal anesteziya ilə edilə bilsə də, xəstələrin rahatlığı üçün ən çox seçilən üsul ümumi anesteziya yöntəmidir. Əməliyyat zamanı qığırdaq və ya sümükdə olan əyri toxumaların qapalı şəkildə çıxarılması ilə burun əyriliyi aradan qaldırılır və digər sağlamlıq problemlərinin qarşısı alınır.

Burun ceper eyriliyi emeliyyati müddəti orta hesabla 30-45 dəqiqə çəkir. Septoplastika adlanan burun sümüyünün əyriliyi əməliyyatında kəsik burun daxilində edilir. Bu yolla burun hava keçidində tıxanmaya səbəb olan sümüklər çıxarılır. Bu mərhələdə qığırdaq əyrilərini düzəltmək mümkün olarsa, lazımi müdaxilələr edilərək qığırdaq əyriliyi düzəldilir.

Bir çox hallarda burnun formasının dəyişdirilməsi əməliyyatı (rinoplastika) septoplastika ilə eyni vaxtda həyata keçirilir. Rinoplastika burnunuzun sümük və qığırdaqının formasını və ya ölçüsünü dəyişdirilməsi- burun balacalasdirmaq məqsədi ilə icra edilir.

Burun ceper eyriliyi emeliyyati sonrasi  burundakı hava yolu açılır.  Ümumiyyətlə, əməliyyatdan sonra buruna silikon tamponlar yerləşdirilir. Tapmonların silikon olması daha rahat çıxarılmasına imkan verir. Sağalma səviyyəsi sapmanızın şiddətindən asılıdır. Emeliyyat sonrasi  burun tutulması tamamilə yox olur.

Kimlər ceper eyriliyi emeliyyati edir?

Plastik cerrahlar və qulaq-burun-boğaz həkimləri ceper eyriliyi emeliyyatini uğurlu şəkildə icra edə bilərlər.  Yalnız nəfəs alma probleminin düzəlməsini və  burnunun formasında dəyişiklik etmək istəməyən şəxslər qulaq-burun-boğaz mütəxəsislərinə müraciət edə bilərlər.  Həm nəfəs alma problemini, həm də estetik olaraq burun formasını dəyişməsini arzu edən şəxslər əməliyyat üçün  plastik cərraha müraciət etməlidilər.

Burun Ceper Eyriliyi Emeliyyati Qiymeti nə qədərdir?

Burun ceper eyriliyi emeliyyati qiymetleri həyata keçiriləcək əməliyyata bağlı olaraq dəyişiklik göstərir. Əməliyyatı həyata keçirəcək həkimin təcrübəsi, xəstəxana, əməliyyatın çətinliyi qiymeti müəyyən edən faktorlardandır. Bu səbəblə  əməliyyatdan əvvəl estetik-plastik cərrah Dr. Nicat Rüstəmov ilə  üz-üzə görüş təyin edərək əməliyyat qiymetleri və proseduru haqqında ətraflı məlumat ala bilərsiniz.

Rəy yaz