Üz gərmə əməliyyatı
Feys lift- üzdə təbbi və cavan görüntünün əldə edilməsi üçün toxumaların dartılması ilə həyata keçirilən estetik əməliyyatdır. Ən uğurlu cavanlaşma üsuludur.
Üz gərmə əməliyyatı (Face lift ) daha gənc görünüş yaratmaq üçün həyata keçirilən estetik cərrahi əməliyyatdır. Prosedur yanaqlarda və çənə xəttində dərinin sallanması və yaşla əlaqədar olaraq üzdə meydana gələn deformasiyaları aradan qaldırmaq üçün həyata keçirilir.
Üz gərmə (Face lift )əməliyyatı zamanı üzün hər iki tərəfində kəsiklər edilərək dəri qapağı geri çəkilir və üz konturlarını daha gənc formaya qaytarmaq üçün dəri altındakı toxumalar cərrahi yolla dəyişdirilir.
Boyun qaldırma tez-tez boyundakı yağ yataqlarını və sallanan dərini azaltmaq üçün üz liftinqinin bir hissəsi kimi həyata keçirilir.
Əməliyyat ümumi anesteziya altında təxminən 3 saat davam edir. Əməliyyatdan sonra sağalma müddəti təxminən 1-2 həftə çəkir. Bundan sonra xəstələr normal həyatlarına qayıda bilərlər.
Üz gərmə və ya boyun gərmə irəli yaşla birlikdə dərinin kollagen toxumasının pisləşməsi, dərinin qalınlığının azalması səbəbindən qırışların artması və dərinin sallanması kimi xarici faktorlara bağlı olaraq üz quruluşu, dəri tipi, etnik mənsubiyyət və günəş zədəsi kimi genetik faktorlar meydana gələn xoşagəlməz nəticələri aradna qaldırmaq məqsədi ilə edilir.
Üz ümumiyyətlə bədənin yaşlanma əlamətlərini göstərən ilk hissəsidir. Daha gənc və canlı bir görünüş istəyirsinizsə, üz və boyun gərmə əməliyyatlarından faydalana bilərsiniz. Üz gərmə (Face lift ) əməliyyatı sallanan üz toxumalarını qaldırıb sıxaraq üzün gənc görünüşünü təbii yolla bərpa etməyi hədəfləyən bir prosedurdur.
Üz gərmə əməliyyatı üçün ən yaxşı namizədlər üzündə qocalma əlamətləri olan, lakin dərisi elastikliyini saxlayanlardır. Bu adətən 40-70 yaş arasında olan şəxslərdir. Üz dartma əməliyyatı yaş artdıqca yarana biləcək dəyişikliklərin qarşısını almaz, qocalmağı dayandırmaq. Ancaq əməliyyatdan sonrakı dövrdə daha gənc, dərinizin daha təravətli görünməsini təmin edər. Üz gərmə əməliyyatlarında xüsusilə dodaq ətrafındakı nazlobial qırışlar üçün əlavə estetik müdaxilə və ya müalicə tələb oluna bilər.
Digər estetik əməliyyatlarda olduğu kimi cərrahi yara izi tamamiylə yox olmur, lakin onların görünürlüyü zamanla azalır. İzlər qulağın qarşısında, qulaqla üz dərisinin birləşdiyi hissədə kiçik iz şəklində, gizlənə bilir.
Əgər kəsiklər yalnız qulaq önündə aparılırsa və gərilmə prosesi azalırsa əməliyyat mini face lift olaraq adlandırılır. Bu üsulla edilən əməliyyatların üstünlüyü, prosesdən sonra yaranan izi, çapığı azaltmaq və daha kiçik bir müdaxilə ilə gözəlliyinizi geri qazandırmaqdır.
Üz gərmə əməliyyatından sonra üzünüzdə bir qədər şişlik və bəlkə də boynunuzda göyərmə olacaq. Bunlar ilk həftədə demək olar ki, tamamilə aradan qalxacaq. əməliyyat sonrasında xəstəxanada qalmağınıza ehtiiyac yoxdur. Adətən üçüncü gündən sonra üzünüzə su vura, yuya bilərsiniz.
Prosedur zamanı qulağınızın ön hissəsinə qoyulan tikişləri beşinci gündə, baş dərisindəki və qulağın arxasındakı tikişlər isə birinci həftənin sonunda çıxaracaqsınız.