Qulaq Estetik Emeliyyati (Otoplastika) – Qiymeti

qulaq emeliyyati

Qulaq Estetik Emeliyyati – otoplastika: qulaqların estetik görünüşünü yaxşılaşdırmaq üçün tətbiq edilən və “şəlpə qulaq” adlanan problemin aradan qaldırılması məqsədi ilə həyata keçirilən estetik əməliyyatdır. Qulaq emeliyyati  ilə mövcud deformasiyalar aradan qaldırılır və daha estetik bir qulaq görünüşü təmin edilir.

Qulaqların iri və önə doğru meyilli olması insanların psixoloji durumuna təsir edir. Qulaq estetikası ilə qulaqların təbii formasına qayıtması təmin edilir və “şəlpə” qulaq problemi varsa bu aradan qaldırılır.

Qulaq Estetik Emeliyyati  (Otoplastika) nedir və hansi məqsədlərlə edilir?

Texnologiyanın inkişafı ilə estetika anlayışı dəyişməyə başlayır. Keçmişdə diqqətdən kənarda qalan problemlər bu gün plastik əməliyyatla asanlıqla həll edilə bilər. Bu problemlərdən biri də qulaqların önə doğru formalaşdığı “şəlpə qulaq” problemidir. Keçik qulaq, yəni xarici qulaqın deformasiyası artıq insanlar daha çox narahat edən problemlərdən biridir. Qulaqlarda yararnan anormal görünüşlər qulaq emeliyyatlari vasitəsiylə aradan qaldırılır.

Qulaqda yararnan deformasiyalar anadangəlmə ola biləcəyi kimi, xoşagəlməz qəza nəticəsində yarana bilər. Ailə üzvlərində xüsusən də valideynlərində qulaq deformasiyası olan insanlarda bu problemin ortaya çıxma ehtimalı daha yüksəkdir.

Kimlər qulaq emeliyyati etdirə bilər?

Qulaq estetik emeliyyati  qulaq deformasiyası olan, qulağı normaldan böyük və ya kiçik, çıxıq qulaq problemi olan bütün insanlara tətbiq oluna bilər. Əməliyyat 4 yaşından etibarən edilə bilər. 4-15 yaş aralığı qulaq estetikası üçün ən uyğun yaş dövrü hesab edilir. Təbii ki, 15 yaşdan yuxarı olanlar da estetik əmliyyat edə bilər. Əməliyyat uşaq pasiyentlər üçün çox vaxt ümumi anesteziya altında aparılır.

Emeliyyatin üstünlükləri nələrdir?

Qulaqların estetik əməliyyatının bir sıra üstünlükləri var.  Bu üstünlükləri aşağıdakı şəkildə sıralamaq mümkdür.

  • Qulaqlar daha estetik görünüşə sahib olur
  • Uşaq yaşlarında edilən əməliyyatlar yarana biləcək psixoloji problemlərin qarşısı alınır
  • Əməliyyat əsasən müsbət nəticə verir.

Emeliyyat prosesi necədir?

Çox sadə və asan əməliyyatdır. Xəstənin yaşından asılı olaraq lokal və ya ümumi anesteziya altında edilə bilər. Böyüklər üçün lokal anesteziya altında klinik şəraitdə həyata keçirilə bilər. Otoplastika əməliyyatından sonra qulaqda yaranan problemlər aradan qalxır, insanın özünə inamı artır və estetik görünüş yaranır.  Otoplastika emeliyyati  təxminən 1-1,5 saat çəkir.

Qulağın arxasından edilən kəsik və tikiş texnikaları ilə qulaq deformasiyası aradan qaldırılaraq qulaq arzu edilən formaya gətirilir.

Əməliyyatdan sonra qulağın arxasındakı kəsik tikişlərlə bağlanır. Kəsiklərin qulaq arxasında olması çapıq izlərinin gizlənməsinə imkan verərək, diskomfort hissi yaşamamağınıza imkan verir.

Əməliyyat zamanı və əməliyyatdan sonra sarğılar steril aparıldığı təqdirdə infeksiya əlamətlərinə rast gəlinmir. Xəstə üçün istifadə edilən tikişlər uyğun və keyfiyyətli olduqda qulaqda açılma və deformasiya görünmür.  Plastik əməliyyat sonrası qulaq yaxşı sarğılandıqda hematoma (qan yığılması) müşahidə edilmir.

Əməliyyatdan sonrası 10 gün müddətində sarğılar yenilənir. Onuncu gündə xəstə gündəlik sosial həyatına qayıda bilər.  Pasiyentin tikişləri çıxarıldıqdan sonra sadəcə gecələr elastik bandaj taxılır.

Otoplastika emeliyyat sonrasi sağalma dövrü

Qulaqlarin plastik-estetik emeliyyatindan sonra qulaqlar xüsusi sarğı ilə bağlanır. İlk bir neçə gün qulaqlarda ağrı müşahidə olunması çox normaldır. Əməliyyatdan sonrakı sağalma dövründə fen və fen kimi təhlükəli məişət cihazlarından istifadə etməməyiniz tövsiyə edilir.

Qulaq estetik emeliyyati – Otoplastika qiymeti nə qədərdir?

Azerbaycanda qulaq emeliyyati (Otoplastika) qiymeti əməliyyat etmək istəyən şəxslər tərəfindən ən çox maraqlanılan nüansdır.

Qulaq emeliyyati qiymetler qulaqdakı deformasiyalara, əməliyyatının aparılacağı klinikaya və əməliyyatı icra edəcək həkimin təcrübələrinə bağlı olaraq dəyişir. Emeliyyat qiymeti haqqında ətraflı məlumat əlaə etmək və individual həllər əldə etmək üçün PULSUZ KONSULTASİYAYA yazılın.

Rəy yaz