Liposaksiya haqqinda – Nedir və necə həyata keçirilir?

  • Ana səhifə
  • Liposaksiya haqqinda – Nedir və necə həyata keçirilir?
liposaksiya emeliyyati nedir

 

 

Liposaksiya emeliyyati bədənin müəyyən nahiyəllərində meydana gələn artıq yağların çıxarılması üçün həyata keçirilən estetik prosedurdur.

Liposaksiya haqqinda – Nedir? Necə həyata keçirilir?

Liposaksiya haqqinda ətraflı məlumat üçün oxumağa davam edin. Liposaksiya nedir, necə həyata keçirilir?

Liposaksiya bədəndəki arzuolunmaz piylərin çıxarılması üçün istifadə edilən plastik əməliyyatdır. Bu, məşq və sağlam pəhriz vasitəsilə aradan qaldırılması çətin olan kiçik yağ hissələrinin sovrulma yolu ilə ortadan qaldırılmasına kömək edən prosedurdur.

Emeliyyat zamanı əsas məqsəd bədən formasını dəyişdirmək, bədəni şəkilləndirməkdir.

Lazer liposaksiya fərqi nədir?

Lazer liposaksiya üsulunda xüsusi hazırlanmış maye verildikdən sonra lazer şüası fiberoptik prob vasitəsilə piy hüceyrələrinə vurulur və piy hüceyrələri yumşaldılaraq əridilir. Bu üsulla həm yağ hüceyrələrinin miqdarı azalır, həm də dərinin gərginliyi və sıxlığı daha sürətli meydana gəlir. Klassik üsulla müqayisədə qanaxma və ödem çox azdır. Az və ya heç bir göyərmə yoxdur. Sağalma çox tez baş verir.

Emeliyyat mərhələləri hansılardır?

Liposaksiya emeliyyati  zamanı izlənilən mərhələləri aşağıdakı kimi sıralamaq mümkündür.

Anesteziya – Əməliyyat ümumi anesteziya və ya epidural anesteziya ilə icra oluna bilər. Həkim tərəfindən prosedurun tətbiq ediləcəyi bölgə nəzərə alınaraq anesteziyaya qərar verilir.

Kəsik – Lazer liposaksiya kiçik, gözə dəyməyən kəsiklər vasitəsilə həyata keçirilir. Əvvəlcə qanaxma və travmanı azaltmaq üçün seyreltilmiş lokal anesteziya yeridilir. Daha sonra idarə olunan geri və irəli hərəkətlərdən istifadə edərək artıq piyləri boşaltmaq üçün kəsiklərdən nazik içi boş boru və ya kanula daxil edilir. Sökülən yağ daha sonra cərrahi vakuum və ya kanula əlavə edilmiş şprisdən istifadə edərək bədəndən sorulur.

Əməliyyat müddəti prosedurun tətbiq ediləcəyi nahiyəyə və çıxarılacaq piyin həcminə görə müəyyən olunur.

Liposaksiya sonrasi sağalma müddəti.

Ümumi anesteziya ilə edilən əməliyyatlar zamanı pasiyent ilk 24 saatı həkim nəzarətində, xəstəxanada keçirməlidir. Liposaksiya sonrasi ağrı, şişlik, göyərmə tez-tez ortaya çıxan hallardır.  Emeliyyat sonrasi şişkinlik 7 gün müddətində azalır.  Ümumilikdə şişkinlik 3 ay müddətinə şişkinlik tam olaraq aradan qalxır.

Prosedur sonrasi ağrıları minimuma endirmək üçün aşağıdakıları edə bilərsiniz:

  • ağrı həbləri də daxil olmaqla, həkiminizin sizin üçün təyin etdiyi dərmanları qəbul edin
  • tövsiyə olunan kompression geyimləri geyin
  • həkiminizin tövsiyələrinə əsasən əməliyyatdan sonra drenajları yerində saxlayın
  • duzlu qidalardan qaçının

Liposaksiya emeliyyati sonrasi 1 ay müddətinədək kompression geyim geyinilməlidir.

Lazer liposaksiya üsulu ilə yağ toxumaları alındıqdan sonra dərinin az da olsa sallanması müşahidə oluna bilər. Dərinin yaxşı gərginliyi və elastikliyi əməliyyatdan sonra sürətli bərpanı təmin edir. Qarın, bud və qol nahiyəsində piylərlə yanaşı dəri artıqlığı varsa o zaman dartma prosedurları tətbiq olunmalıdır.

Liposaksiya emeliyyati fesadlari nelerdir? Təhlükəlidirmi?

Bu plastik əməliyyat riskli əməliyyatlar sırasında sayılır. Prosedurdan əvvəl bütün riskləri  həkiminizlə müzakirə etməyiniz vacibdir.

Əməliyyat zamanı ortaya çıxa biləcək risklər:

  • ponksiyon yaraları və ya digər orqanların zədələnməsi
  • anesteziya fəsadları
  • sinir zədələnməsi və s.

Hər əməliyyatda olduğu kimi lazer liposaksiya emeliyyatinin da fesadlari mövcuddur. Bu əməliyyatı icra edəcək cərrahın peşəkarlığına bağlı olaraq ortaya çıxa bilir. Fəsadları aşağıdakı kimi sıralamaq mümkündür:

  • infeksiyalar
  • hematoma (dəri altında qanaxma)
  • seroma (dəri altında maye sızması)
  • ödəm (şişlik)
  • anesteziya və digər dərmanlara reaksiyalar
  • ürək və böyrək problemləri

Liposaksiyanın uzunmüddətli yan təsirləri hansılardır?

Liposaksiyanın uzunmüddətli yan təsirləri fərqli ola bilər. Liposaksiya bədənin müəyyən bölgələrindən yağ hüceyrələrini qalıcı olaraq çıxarır. Beləliklə, əgər kökəlsəniz, yağ hələ də bədənin müxtəlif yerlərində saxlanılacaq. Yeni piy dərinin altında daha dərin görünə bilər və qaraciyər və ya ürək ətrafında böyüyərsə, təhlükəli ola bilər.

Liposaksiya emeliyyati qiymeti nə qədərdir?

Bədənin yağ olan istənilən nahiyəsinə tətbiq oluna bilən lazer liposaksiya emeliyyati qiymeti  proseduru icra ediləcəyi nahiyəyə, çıxarılacaq piy həcmi və b. Bir çox faktora bağlı olaraq dəyişir.  Qiymet haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Əməliyyatla bağlı detallı məlumat üçün pulsuz konsultasiyaya yazıla bilərsiniz.

Rəy yaz