Otoplastika
“Şəlpə qulaq” deformasiyası zamanı tətbiq edilən əməliyyat qulaqda əmələ gələn qüsurların aradan qaldırılmasına imkan verir. Əməliyyatın nəticəsi ömürlük olur.
Otoplastika qulaqların ölçüsünü və ya formasını dəyişdirmək məqsədi ilə həyata keçirilən estetik əməliyyatdır. Əməliyyat insanın üz quruluşu nəzərə alınaraq həyata keçirilir.
Şəlpə qulaq əməliyyatı olaraq da adlandırılan bu əməliyyat ən çox uşaqlarda rast gəlinən qulaq formasının böyüklüyünü düzəltmək üçün tətbiq edilən plastik müdaxilədir. Əməliyyatın uşaq yaşlarında həyata keçirilməsi daha məqsədə uyğundur. Bu yaşda qulağın strukturu daha elastik olduğu üçün daha uğurlu nəticə əldə etmək mümkündr. Şəlpə qulaq problemi təkcə uşaqlarda deyil, böyüklərdə də rast gəlinir.
Otoplastika əməliyyatı qulağda müşahidə olunan problemə uyğun olaraq fərqli üsullarla tətbiq olunur. Əməliyyat zamanı qulaq arxasından açılan kəsiklə qığırdaq toxumasını istənilən və arzu olunan quruluşa gətirilərək həyata keçirilir. Ümumi anesteziya altında edilən bir prosedurdur, böyüklərdə istəyə bağlı olaraq lokal anesteziya istifadə edilə bilər. Uşaqlar üçün 6 yaş ideal yaş dövrü kimi sayılır. Şəlpə qulaq əməliyyatı təxminən 1-2 saat ərzində həyata keçirilir. Otoplastika əməliyyatından sonra infeksiya problemi müşahidə olunmur və kəsik yerinin təmiz saxlanılması və mütəmadi olaraq sarğıların edilməsi tövsiyə olunur. Həkimin tövsiyə etdiyi proqrama əməl etməklə və təyin olunmuş dərmanlardan istifadə etməklə xəstənin sağalma müddəti qısalacaq.
Qulaq əməliyyatı orta hesabla 1,5 saat çəkir. Təbii ki, müxtəlif deformasiyaların müşayiət olunduğu pasiyentlərdə, əvvəllər əməliyyat olunmuş xəstələrdə bu müddət uzana bilər.
Sarğıları təmiz və quru saxlayın. Yatarkən qulaqlarınızı qorumaq üçün bir neçə həftə gecə xüsusi bandaj taxmağınız lazım ola bilər. Sağalma müddətində müşahidə olunan ağrıları azaltmaq üçün həkiminizin tövsiyyə etdiyi ağrıkəsiciləri qəbul edə bilərsiniz. Bandajlar vıə tikişlər 7-10 gün sonra çıxarılır.
Bandajlar çıxarıldıqdan sonra qulaqlarınızın görünüşündə dərhal dəyişiklik hiss edəcəksiniz. Bu dəyişikliklər qalıcıdır.
Otoplastika prosedurunun bəzi üstünlükləri var.
Kimlərə otoplastika edə bilər sualı əməliyyat etmək istəyən xəstələr tərəfindən tez-tez araşdırılır. Otoplastika əməliyyatı qulaq deformasiyası olan, qulağı normaldan böyük, qulağı normaldan kiçik, çıxıq qulaq problemi olan bütün insanlara tətbiq oluna bilər.
Otoplastika qiymətləri qulaqdakı deformasiyalara və otoplastika əməliyyatının aparılacağı klinikaya görə dəyişir. Otoplastika qiymətləri haqqında ətraflı məlumatı əldə etmək üçün bizimlə əlaqə saxlayın.