Blefaroplastika
Göz qapaqlarının plastik cərrahiyəsi göz formasının dəyişdirilməsi məqsədi ilə göz qapaqlarındakı artıq dəri və piy qatının cərrahi olaraq qaldırılmasıdır.
Blefaroplastika əməliyyatı göz qapaqlarında meydana gələn artıq dəri və yağ toxumalarının cərrahi yolla çıxarılmasıdır. Blefaroplastika həm estetik, həm də göz sağlamlığı baxımından tətbiq edilən cərrahi əməliyyatdır. Göz qapağı əməliyyatı yalnız estetik məqsədlə aparılmır. Bəzən göz qapaqları görmə qabiliyyətini məhdudlaşdıracaq dərəcədə aşağı düşə bilər. Bu zaman göz qapağının sallanmasının aradan qaldırılması görmə keyfiyyətini artırmaq üçün bu əməliyyatdan istifadə olunur.
Əməliyyat haqqında daha ətraflı məlumat əldə etmək üçün oxumağa davam edin.
Göz ətrafındakı dəri üzün digər hissələrinə nisbətən daha incə və zərif olduğundan qırışlara və sallanmalar yaranmasına daha meyillidir. İrəliləyən yaş, siqaret, stress kimi faktorlarlar üst göz qapağının sallanması, alt göz qapağının sallanması, göz altındakı torbalar və göz altında qaralmaların yaranmasına səbəb olur. Yorğun, yuxusuz sima yaradan bu şikayətlərin artması zamanı estetik müdaxilələrə ehtiyac duyulur.
Ənənəvi blefaroplastikada üz neştərdən istifadə edilməklə kəsildiyi halda, laser Blefaroplastika əməliyyatında göz qapaqları lazerlə qaldırılır. Lazer blefaroplastikasından sonra göyərmə və şişkinliklər baş verə bilər, lakin bu problemlər adətən əməliyyatdan bir neçə gün sonra öz-özünə yox olur.
Ümumiyyətlə, 30 yaşdan yuxarı, yuxarı və aşağı göz qapaqlarında sallanma və torbalanmalar mövcud olan, başqa sağlamlıq problemi olmayan şəxslər bu əməliyyat üçün uyğun namizədlər hesab edilir.
Blefaroplastika əməliyyatları lokal anesteziya ilə həyata keçirilən əməliyyatlardır. Nadir hallarda ümumi anesteziya tətbiq oluna bilər.
Əgər həm üst, həm də alt göz qapaqlarınıza estetik müdaxilə ediləcəksə, ilk növbədə yuxarı göz qapaqları üzərində işlənilir. Göz qapağının kəsilərək artıq dəri və piy çıxarıldıqdan sonra kəsiklərə tikiş atılır. Aşağı göz qapağı əməliyyat edilərkən kirpiklərin altında kəsiklər atılır. Artıq piylər və sallanan dəri çıxarıldıqdan sonra kəsiklər tikilir.
Blefaroplastika əməliyyatı orta hesabla 1-3 saat davam edir. Əməliyyat sonrasında xəstəxanaya qalmağa ehtiyac qalmır.
Blefaroplastika əməliyyatından sonra göz qapaqlarında yararnan şişkinlik və göyərmələr 3-10 gün ərzində sağalır. Sağalma müddəri xəstənin imunitetinə bağlı olaraq dəyişiklik göstərir. Göz qapaqlarınızda meydana gələn ağrılar zamanı həkiminizin tövsiyə etdiyi ağrıkəsici qəbul edə bilərsiniz. Əməliyyatdan sonra görməniz ilkin olaraq bulanıq olacaq. Bu vəziyyət istifadə edilən antibiotik məlhəmlərdən qaynaqlanır. Əməliyyatdan sonra şişkinliyi azaltmaq üçün istirahət vacibdir. Əməliyyatdan 24-48 saat sonra əməliyyat olunan nahiyəyə buz paketləri yerləşdirilməsi məsləhət görülür.
Əməliyyatdan 5-7 gün sonra tikişlər çıxarılır. Təxminən 6-7 ay ərzində göz qapağındakı kəsik izləri görünməz hala gəlir.
Blefaroplastika əməliyyatı sonrası sağalma müddətinin azaldılması üçün əməliyyatdan sonra ən azı yeddi gün ərzində gərgin fəaliyyətlərdən, məşqlərdən və göz makiyajından çəkinin.
Blefaroplastika əməliyyatının nəticələri qalıcıdır. Ancaq pasiyentin həyat tərzi, kökəlməsi, stress səviyyəsi, yuxusuzluğu kimi faktortlar nəticənin qalıcılığına təsir edir. Göz qapaqlarında meydana gələn deformasiyalarını aradan qaldırmaq üçün yenidən əməliyyat icra oluna bilər.
Blefaroplastika əməliyyatı qiyməti əməliyyatın tətbiq ediləcəyi nahiyəyə, müalicəni həyata keçirən həkimə və digər amillərə görə dəyişir. Fərdi ehtiyaclarınız və məqsədləriniz qiymət aralığının dəyişməsinə təsir edir.
Blefaroplastika prosedurları haqqında ətraflı məlumat əldə etmək, indivudual yanaşma ilə sizə uyğun əməliyyat texnikasını müəyyənləşdirmək üçün konsultasiyaya yazılın. Plastik cərrah Dr. Nicat Rüstəmov əməliyyatla bağlı bütün suallarınızı cavablamaq üçün burdadır.