Botoks

botoks qiymetleri

Botoks kosmetologiya başda olmaqla bir çox tibb sahəsində istifadə edilən bir üsuldur. Üzdəki qırışları və incə cizgiləri aradan qaldırmağın ən etibarlı və asan üsuludur.

Botoks nədir?

Botoks nedir proseduru etmək istəyən şəxslərin tez-tez verdiyi sualdır.  Botoks haqqinda məlumat üçün oxumağa davam edin.

Botoks Clostridium Botulinum adlı bakteriyalardan əldə edilir. Sinir uclarında keçiriciliyi təmin edən maddələrin sərbəst buraxılmasının qarşısını alaraq, sinirlərlə sinirlərin çatdığı orqanlar arasında ötürülməni dayandıraraq öz təsirini göstərir. Estetik və kosmetik məqsədlərlə, mimik əzələlərin hərəkətləri ilə yaranan üz qırışlarını azaltmaq, onların əmələ gəlməsinin qarşısını almaq və həddindən artıq tərləmə olan bölgələrdə tərləməni azaltmaq və s. məqsədlərlə istifadə edilə bilər.

Botoks hansı məqsədlərlə edilir?

Botoks tətbiqinin hansı bölgələrə və hansı məqsədlə tətbiq olunduğu ən çox maraq doğuran məsələlərdəndir. Daha çox üz qırışlarının və qoltuqaltı tərləmənin aradan qaldırılması məqsədi ilə istifadə edilən  botoks həm müalicəvi, həm də qoruyucu bir prosedurdur.  Yaşlanma ilə üzümüzdə yararnan çizgilər və mimik əzələlərin sıxılmasından sonra yaranan qırışlar botoksla aradan qaldırıla bilər. Botoksun tətbiq olunduğu bölgədə sinirlərdən mimik əzələlərə ötürülən, əzələlərin büzülməsinə səbəb olan siqnallar müvəqqəti olaraq iflic olur. Əzələ hüceyrələrinin daralmasının qarşısı alınır və əzələlərdə sərtləşmənin miqdarı minimuma endirilir. Eyni zamanda, anormal əzələ daralmaları dayanır. Nəticədə üz əzələləri bir müddət rahatlaşır, qırışların və incə xəttlərin əmələ gəlməsinin qarşısı alınır.

Həddən artıq tərləmənin qarşısını almaq məqsədi ilə edilən botox proseduru tər vəzilərini bağlayaraq həddindən artıq tərləmə probleminə də son qoyur.

Bunula yanaşı botokslardan üz şəkilləndirmə üçün də istifadə olunur. Bu prosedurla qaşlar quyruq hissəsindən qaldırıla və qaşların orta hissəsindəki hündürlük aşağı salına bilər.

Gülən zaman üst diş ətinin görünməsi zamanı ortaya çıxan “gummy smile” probleminin həllində də botoksdan istifadə edilir.

Çənə bölgəsində massetter əzələsinə tətbiq edilən bototx qırışları açmaq məqsədi ilə deyil, kvadrat üz görünüşünü yumşaltmaq və oval üz əldə etmək üçün tətbiq edilir. Beləliklə, daha incə üz görünüşü əldə edilir.

Botoks necə tətbiq edilir?

Prosedur olduqca asan və ağrısız şəkildə həyata keçirilir.  Mimik əzələlərin hərəkətlərində azalma istənildikdə mimik əzələlərə, tərləmə şikayətinin azalması istənildikdə isə dəriyə tətbiq edilir.

Əzələ toxumasına vurulan botulinum toksini orta hesabla iynə vurulduqdan 3-4 gün sonra başlayır təsir göstərməyə başlayır və ilk həftədə tam oturur.

Botoksun sağlamlığa ciddi yan təsiri yoxdur. Tətbiqdən sonra müvəqqəti şişlik, göyərmə, nadir hallarda isə göz qapağında müvəqqəti sallanma ola bilər. Botoksdan sonra baş təxminən dörd saat yuxarı qaldırılmalı, irəli əyilməkdən qaçınılmalıdır. Prosedurdan təxminən səkkiz saat sonra üzə heç bir zərər vermədən, yəni kisə və təzyiq tətbiq etmədən ilıq su ilə duş ala bilərsiniz. Üzü yuyarkən soyuq sudan istifadə etməyə diqqət yetirilməlidir.

Prosedurundan təxminən 20 dəqiqə əvvəl bölgəyə lokal anestezik krem ​​çəkilir. Tətbiq ediləcək yer təmizləndikdən sonra maddələr iynələr vasitəsilə kiçik dozalarda nahiyədəki əzələlərə yeridilir. Proses orta hesabla 15 dəqiqə çəkir.

Botoksun təsiri nə qədər davam edir?

Tətbiqdən təxminən 3 ay sonra güclü əzələlərdə hərəkət geri dönməyə başlayır. 4 aydan sonra zəif əzələlərin hərəkəti başlayır. 6 aydan sonra təsir tamamilə yox olur. Ümumilikdə botoksun qalıcılıq müddəti 4-6 aydır. Botoks təsirini itirdikdə, tətbiq təkrarlana bilər.

Botoks risklidirmi?

Botoks etibarlı yerdə və təcrübəli şəxs tərəfindən edildiyi zaman heç bir problem yaşamazsınız. Həkiminiz prosedur zamanı və sonrasında nələrə diqqət etməli olduğunuz barədə sizə daha aydın məlumat verəcəkdir.

Botoks qiymetleri nə qədərdir?

Botoks qiymetleri müəyyən edilərkən tətbiq olunacaq bölgəyə və istifadə olunan maddənin keyfiyyəti nəzərə alınır.  Botoks tətbiq edən şəxsin təcrübəsi, klinika, istifadə ediləcək botoks miqdarı qiymətə təsir edən əsas amillərdir. Botoksun qiymeti haqqında ətraflı məlumat əldə etmək həkimlə indivudual görüş təyin etmək üçün klikləyin.

Daha çox
Bizimlə əlaqə saxlayın, gözəlliyə doğru addım atın!

Zəng et, konsultasiyaya yazıl!
Pulsuz Konsultasiyaya Yazıl