Əməliyyatsız burun kiçiltmə olaraq da bilinən burun dolğusu, cərrahi müdaxilə olmadan burun şəklinin dəyişdirilməsinə imkan verən kosmetoloji prosedurdur. Son illərdə inkişaf etmiş və pasiyentlər tərəfindən üstünlük verilən bu prosedurda burun boşluqları, girintilər, kontur çatışmazlıqları və asimmetriyalar dolgu vasitəsiylə korreksiya edilir.
Burun dogusu son zamanlar burnunun formasından narazı olan və rinoplastika əməliyyatından qorxan pasiyentlərin ən çox müraciət etdiyi prosedurlardan birinə çevrilib. Ağrısız və sadə inyeksiya proseduru ilə 20-30 dəqiqə ərzində ümumi üz görünüşünü yaxşılaşdıran prosedur, əməliyyatsız rinoplastika funksiyasını yerinə yetirir. Dolğu, burun sümüyündə mövcud olan əyriliyi və burun asimmetriyasını aradan qaldırmaq, həmçinin burun ucunu qaldırmaq üçün tətbiq oluna bilər. Cərrahi rinoplastika ilə müqayisədə çox daha qısa vaxt alan və ümumi anesteziya tələb etməyən burun dolgusu qiymeti baxımından da çox daha münasibdir.
Bu kosmetoloji yanaşam olduqca önəmli bir prosedurdur. Yalnız cərrahi yolla aradan qaldırılacağı düşünülən bir çox şikayətlər üzərində tək başına çox təsirli ola bilir. Dolgu eyni zamanda bir çox fərqli anatomiyada, formada olan buruna tətbiq edilə bilər. Eyni zamanda gələcəkdə cərrahi rinoplastika etməyi düşünən insanlar üçün ən uyğun burun formasını müəyyən etmək üçün də tətbiq edilə bilir.
Prosedurundan əvvəl xəstə ilə görüş təyin edilərək pasiyentin istəkləri dinlənilir və üz qruluşuna uyğun müalicə müəyyən edilir.
Daha sonra pasiyentin burun nahiyəsinə anestezik krem vurularaq 20-30 dəqiqə ərzində burun nahiyəsi uyuşmuş vəziyyətə gətirilir. Bədənimizin birləşdirici toxumasında olan və bağların tərkib hissəsi olan hialuron turşusunun sintetik formaları çox incə ucluqlu iynələr vasitəsi ilə nəzarətli şəkildə burunda xüsusi nahiyələrə yeridilir. İynədən sonra həkim tərəfindən xüsusi əl hərəkətləri ilə doğu yeridilərək buruna təbii və gözəl forma verilir.
Üzün ən diqqət çəkən nöqtəsinə tətbiq edildiyi üçün özünə inamın artmasında böyük təsiri var. Prosedur burun formasını yaxşılaşdırmaqla yanaşı, üzün ümumi görünüşünü daha estetik və assimetrik edir. Heç bir kəsik etmədən istənilən burun görünüşünü təmin edir. Burun dolgusu kosmetoloji proseduru pasiyentlərə bir çox üstünlüklər təqdim edir. Əməliyyat etmək istəməyən və ya əməliyyat etməyi düşünən, lakin hələ qərar verməmiş bir çox xəstələr üçün bu prosedur ən yaxşı seçimdir. Dolğu eyni zamanda cərrahi üsullarla müqayisədə çox daha qənaətlidir.
Burun sümüyündəki hündürlüyü aradan qaldırmaq mümkündür. Prosedur sonrası ortaya çıxan ən bariz dəyişiklik burunda, xüsusilə yan profildə gözə çarpan burun kəmərinin ortadan qaldırılmasıdır.
Burun ucunun düzəldilməsi və ya qaldırılması: Burun ucuna tətbiq olunan dolğu ilə burun ucu burun qövs nöqtəsindən daha yüksək səviyyəyə qaldırılan bir tətbiqdir. Bu vəziyyətdə burun ucu qalxır.
Burundakı çökmələrin və ya düşmələrin korreksiyası: Burun içindəki çökmə və ya düşmələr bu hissəyə vurulan burun dolgusu ilə düzəldilə bilər.
Daha öncə rinoplastika əməliyyatı keçirən şəxslərdə meydana gələn problemlərin aradan qaldırılması: Əgər pasiyent daha əvvəl əməliyyat keçirmişsə və zamanla burun formasında deformasiyalar meydana gəlmişsə, burun dolğusu ilə bu problemlər müalicə edilə bilər.
Hialuron turşusu tərkibli dolğular müxtəlif yaxşı markalar tərəfindən istehsal olunur. Bu dolğuların qalıcılıq müddəti insandan insana fərqli olsa da, ümumi olaraq 12-18 aydır.
Kalsium hidroksiapatit olaraq adlandırılan və mineral dolgu olaraq da alına bilən Crystalys və Radiesse kimi adları olan dolgular prosedurlar zamanı ən çox istifadə edilən və ən etibarlı seçimlərdir. Bunların qalıcılığı digərlərindən daha uzundur və təxminən 1,5-2 ildir.
Burun bədənin hərəkətsiz bir hissəsi olduğu üçün dolğu aktiv bölgələrə nisbətən daha uzun müddət davamlılıq göstərir. Türk hamamı, sauna, solaryum, buxar hamamı və burun masajı dolğunun ömrünü qısaltdığından, bu cür fəaliyyətlərdən qaçınmaq qalıcılıq müddətini artıracaq. Prosedur öz effektini qoruması və sabit səviyyədə qalması üçün pasiyentin bol su istehlak etməsi kifayət olacaqdır.
Burun dolğusunun bir digər üstünlüyü qiymətlərin rinoplastika ilə müqayisədə olduqca münasibdir. Prosedurun qiymeti pasiyentin burnunun formasından asılı olaraq istifadə olunacaq dolgunun miqdarının dəyişməsi dəyişikliyinə səbəb ola bilər. Burun dolgusu haqqında ətraflı məlumat və qiymət təklifi üçün bizimlə əlaqə saxlaya bilərsiniz.