Dodaq dolgusu ilə üz cizgilərinə uyğun gəlməyən dodaq strukturları estetik şəkildə formalaşdırılır. Dodaqlara həcm vermək və estetik görünüşünü yaxşılaşdırmaq üçün tətbiq edilən ağrısız və qısa müddətli kosmetoloji prosedurdur.
Dodaq dolğsu – dodaq quruluşunu formalaşdırmaq və ya dodaqlara həcm vermək üçün dodaqların daxili hissəsinə və ətrafına dermal dolguların yeridilməsi prosesidir. Estetik müdaxilə sayılan bu prosedur zamanı istifadə edilən dolğu, dəriyə həcm qatdığı bilinən hialuron turşusudur. Hialuron turşusu ilə tətbiq olunan bu üsul dodaq estetik üsulları arasında ən təbii dodaq dolğusu tətbiqi olaraq özünü göstərir.
Bu prosedur son bir neçə ilin ən məşhur estetik tətbiqlərindən biridir. Çox populyarlaşan dodaq böyütmə proseduru istədiyiniz dodaq görüntüsünü əldə etmək və dodaqlarin korreksiyasi ilə deformasiyaları aradan qaldırmaq olduqca asandır. İstənilən dodaqlara qısa müddətdə bulhorn əməliyyatına ehtiyac olmadan sahib olmaq rahatlıqla dolğulardan istifadə edilə bilər.
Dodaq dolgusu haqqinda verilən suallardan biri bu prosedurun hansı şəxslər üçün uyğun olduğudur?
Dolğu 18 yaşından başlayaraq qadın və ya kişi hər kəsə güvənlə tətbiq oluna bilər.Prosedur dincəliyindən, formasından və dodaq kənarı konturlardan narahat olan insanlara tətbiq oluna bilər. Dodaq böyütmə ilə dodaqlar həcmli, formalı və simmetrik hala gətirilir. Dodaq konturlarının qeyri-müəyyənliyi və ya asimmetriyasından narahat olan insanlar da dodaq böyütmə ilə istədikləri görünüşə nail ola bilərlər.
Aşağıda qeyd olunan problemləriniz varsa, dodaq böyütmə proseduru sizin üçün uyğun prosedur deyil.
Əgər keçmişdə dodaqlarınızda herpes olubsa, prosedurdan əvvəl bu barədə həkiminizə məlumat verməlisiniz. Eyni şəkildə, hər hansı allergiyanız varsa bu haqqda həkimə öncədən məlumat verməlisiniz.
Dodaqlara verilməsi arzu olunan formadan asılı olaraq prosedur fərqli adlarla adlandırılır. Dodaqların müvəqqəti böyüdülməsi zamanı müxtəlif tərkibli dolğulardan istifadə etmək olar. Bununla belə, ən çox seçilən dolgu materialı hialuron turşusudur.
Dodaq dolgularini aşağıdakı kimi adlandira bilərik:
Afrodit Tipi Dodaq Doldurma: Bu prosedur adını gözəllik ilahəsi Afroditadan alır. Afrodit tipli dodaqlar daha dolğun görünüşlə estetik və cazibədar dodaqlar kimi önə çıxır. Bu tip dodaq böyütmə tətbiq edilərkən ilk növbədə insanın üz cizgiləri və üz quruluşu nəzərə alınır.
Hera Tipi Dodaq Doldurma: Hera tipli dodaq böyütmə ilə daha simmetrik, canlı və dolğun dodaq quruluşu əldə edilir. Bu tip dodaq böyütmə insanın üz xüsusiyyətləri və qızıl nisbət nəzərə alınaraq tətbiq edilir.
Bantik dodaq dolgusu: bu tip dodaq dolğusu qadınlar tərəfindən ən çox üstünlük verilən dodaq formalardır. Üst dodaqlar daha həcimli edilərək bantik görüntüsü əldə edilir. Üzdə qızıl nisbət hesablamaları nəzərə alınaraq edilən bu dodaq böyütmə, incə üz quruluşu olan fərdlərin daha təbii və estetik görünüşə sahib olmasını təmin edir.
Prosedura başlamazdan əvvəl ilk növbədə üzün quruluşuna uyğun dodaq forması müəyyən edilir. Dodaq böyütməyə qərar verən şəxsin dodaqları ilk olaraq estetik və funksional meyarlara görə müayinə edilir. Dodağın necə görünəcəyinə qərar verildikdən sonra dodaq təmizlənir və ağrı hissini aradan qaldırmaq üçün ən az yarım saat əvvəl anestezik krem çəkilir. Tərkibində hialuron turşusu olan dolğu iynə və ya kanül vasitəsilə dodağın müəyyən edilmiş nahiyələrinə mütənasib olaraq yeridilir. Dodağın aşağı və ya yuxarı hissəsindəki dodaq konturları və ya qırmızı nahiyələrə tətbiq olunur. Enjeksiyon əsnasında və ya sonrasında həkim tərəfindən dodaq əl ilə masaj edilərək dolğunun dodaqlara daha yaxşı yeridilməsinə şərait yaradılır. Fərqli texnikalarla tətbiq olunan bu prosedurdan sonra qısa müddətdə dodaqların həcmi artır. Prosedur orta hesabla 30 dəqiqə çəkir.
Dodaq dolgusu haqqinda verilən bir digər sual dolğunun qalıcılıq müddətidir. Dodaq dolgusunun qalıcılığı insandan insana dəyişir. Qalıcılıq insanın həyat tərzinə, vərdişlərinə, ətraf mühit şəraitinə görə dəyişir. Prosedur zamanı istifadə edilən hialuron turşusu 6-12 ay qalıcıdır. Orta hesabla 12 ay qalıcılığıa sahibdir. Lakin mütəmadi olaraq dolğu proseduru edən şəxslərdə dodaq qalıcılıq müddətinin uzandığı müşahidə edilir.
Dodaq dolğusundan sonra şişkinlik tez-tez müşahidə olunan normal bir haldır. Prosedurdan sonra meydana gələn bu sislik və ödemlər təxminən 3 gün davam edə bilər. Ümumiyyətlə normal şəraitlərdə 2 həftə ərzində dodq nahiyəsində meydana gələn şişkinliklər tamamilə yox olur. Əmələ gəlmiş şişkinlikləri azaltmaq üçün buz kompresləri tətbiq etmək və həkiminizin tövsiyə etdiyi bəzi kremlərdən istifadə etmək vacibdir. Həkiminizin tövsiyələrinə əməl etməyinizə baxmayaraq şişlik getmirsə həkiminizə müraciət etməyiniz tövsiyə olunur.
Dolğu qiyməti icra ediləcək prosedura görə dəyişir. Dodaq böyütmə prosedurunun qiymətinə təsir edən ən mühüm amillərdən biri də istifadə edilən hialuron turşusunun miqdarıdır. Qiymet haqqında ən dəqiq məlumatı əldə etmək üçün pulsuz məsləhətçilərimizdən məlumat ala bilərsiniz.