Burun Emeliyyati – Qiymetleri, Hekimleri

burun emeliyyati

Burun emeliyyati –  estetik əməliyyatlar arasında ən çox üstünlük verilən həm estetik gözləntilər, həm də sağlamlıq baxımından əhəmiyyətli bir rola sahibdir.  Əməliyyatla bölgədəki estetik qüsurun aradan qaldırılması ilə birgə, burundakı fizioloji problemlər həll edilərək daha sağlam nəfəs ala bilir.

Burun emeliyyati haqqinda

“Burun emeliyyati kimlere olmaz? Nece saat olur? Nece yasda etmək olur?” kimi əməliyyatla bağlı ətraflı məlumat üçün yazını oxumağa davam edin…

Burun emeliyyati burun formasının sümük və qığırdaq strukturlarında dəyişiklik edilərək həyata keçirilən plastik əməliyyatıdır. Burunda anadangəlmə olan, sonradan yaranan və ya travma nəticəsində yaranan deformasiyaları aradan qaldırmaq üçün tətbiq edilir. Əmələ gələn deformasiyalar bəzi hallarda yalnız vizual narahatlığa səbəb olsa da, çox zaman bu insanlarda tənəffüs pozğunluğu kimi problemlərə səbəb olur.

Burun əməliyyatinin əsas məqsədi prosedur sonunda hava yolunun optimal şəkildə işləməsini təmin etməkdir. Əməliyyat zamanı burnun formasının dəyişdirilməsi (rekonstruksiya), deformasiyaların aradan qaldırılması kimi texnikalardan biri və ya bir neçəsi tətbiq oluna bilər.

Kimlər burun emeliyyati edə bilər?

Əməliyyat burunda estetik və ya nəfəs alma problemi kimi funksional problemləri olan pasiyentlərə tətbiq edilə bilər. Burun tutulması, səs-küylü nəfəs alma, xoruldama kimi problemlər funksional problemlər kimi göstərilə bilər.

Bu problemləri yaşayan hər bir şəxs əməliyyat üçün uyğun şəxs sayılmır. Bu zaman “burun emeliyyati kimlere olmaz?” kimi önəmli bir sual ilə qarşılaşırıq.  Əməliyyat çox erkən yaşlarda həyata keçirilsə də, inkişafını tamamlamamış yeniyetmələrin əməliyyat edilməsi məsləhət görülmür. Burun funksiyalarındakı pozğunluqlar üçün gənc yaşda əməliyyat edilsə belə, estetik məqsədlə edilən əməliyyatlar üçün 18 yaş gözləməyə üstünlük verilir.

  • Şəkərli diabet
  • Yüksək qan təzyiqi
  • Qanaxma pozğunluğu
  • Ürək xəstəliyi
  • Artıq çəki problemi
  • Depressiya kimi ciddi sağlamlıq problemləri olan şəxslər estetik əməliyyat üçün uyğun namizəd sayılmaya bilər.

Qeyd etmək vacibdir ki, burun əməliyyatı üçün uyğun namizəd olub-olmadığınızı müəyyən etməyin yeganə yolu plastik cərrahınızla məsləhətləşməkdir.

 

 Burun emeliyyati nece yasda etmek olur? 

 Burun emeliyyati üçün minimal yas həddi qadınlarda 16-17, kişilərdə isə 17-18 yaş müəyyən edilir.

Təbii ki, bunlardan başqa anadangəlmə anomaliyaları olan şəxslərdə və travma nəticəsində problem yaşayan insanlarda əməliyyatı çox erkən yaşda etmək mümkündür. Əgər xəstə daha əvvəl burun əməliyyatı keçiribsə, ancaq yenidən əməliyyata ehtiyacı varsa, ilk əməliyyatdan ən tez 6 ay sonra yenidən əməliyyata girə bilər.

Burun emeliyyati nece saat olur? 

Əməliyyatın müddəti icra ediləcək prosedurlara, əməliyyat üsuluna görə dəyişə bilər. Ümumi olaraq, burun ucunun korreksiyası 30-45 dəqiqə, burnun sümüyü, burun ucunun, tənəffüs yollarının düzəldilməsi 1.5-2 saat çəkə bilər. Əməliyyatının orta hesabla 1,5 saat çəkdiyini söyləmək düzgün olar.

Burun emeliyyati nece olur? 

Plastik cərrahlar tərəfindən burun əməliyyat icra edilərkən istifadə etdilən iki əsas yanaşma olur: endonazal və ya qapali burun emeliyyati,  xarici və ya aciq burun emeliyyati. Burnunuzdakı dəyişikliklərin nə qədər olacağından asılı olaraq, cərrahınız fərdi ehtiyaclarınız üçün hansı yanaşmanın ən yaxşı olduğunu təyin edəcəkdir.

Qapali burun emeliyyati zamanı burun dərisinin və burundakı yumşaq toxumaların açılmasına ehtiyac yoxdur. Əməliyyat edilərkən kəsiklər burun dəliklərinin içindən açılır. Bu sayədə aciq burun emeliyyatinda olduğu kimi burun ucunda tikiş izi qalmır. Qapali üsulla edilən burun emeliyyati zamanı ümumi anesteziyaya üstünlük verilir. Əməliyyat vaxtı təxminən 2-2,5 saat olur.

Qapalı Rinoplastika nedir?

Qapali rinoplastika haqqinda məlumat üçün məqaləni oxumağa davam edin…..

Burun əməliyyatları “açıq” və ya “qapalı” şəkildə aparılır. Hər birinin öz üstünlükləri var. Qapalı Rinoplastika olaraq bilinən burun əməliyyatı son illərdə tez-tez üstünlük verilən cərrahi üsullar arasındadır. Qapalı Rinoplastika əməliyyatında bütün kəsiklər burun dəliklərinin içindən edilir. Bu sayədə açıq rinoplastikada olduğu kimi burun ucunda tikiş çapığı qalmır.

Burun emeliyyatindan sonra sağalma müddəti

Burun emeliyyati sonrasi meydana gələn göyərmələr və burun emeliyyati sonrasi sisler 7-10 gün ərzində azalaraq yox olur. Emeliyyatdan sonra pasiyentlər 1 həftə ərzində işə qayıda bilər. İdeal olaraq, ortaya çıxan şişkinliklərin getməsi və burun formasının tam şəkildə yerləşməsi üçün 6 ay keçməsi lazımdır.

Burun emeliyyatindan sonra ən azı 6 ay burun nahiyəsini hər cür təsirdən,travmadan qorumaq lazımdır.

Burun emeliyyati fesadlari çox nadir hallarda rast gəlinən vəziyyətlərdir.  Müşahidə olunan fesadlarin əsas səbəbləri həkimin düzgün teknikalardan istifadə etməməsi səbəbi ilə əmələ gəlir. Burun emeliyyatinin fesadlari arasında septumun deşilməsi, burundaxili yapışmaların əmələ gəlməsi (sinexiya), nəfəs darlığı, deformasiyalar kimi hallar ortaya çıxır.

 

Estetik Burun Emeliyyati Qiymetleri  ve Hekimleri

Əməliyyatın özü qədər əməliyyatdan əvvəlki dövr də önəmlidir.  Əməliyyat etməzdən öncə ediləcək ilk şey burun emeliyyati hekimleri haqqında araşdırma etməkdir. Hekim seçimi zamanı ilk növbədə həkimin təcrübəsini və profesionallığını ön plana almaq lazımdır.  

Əməliyyata qərar verən pasiyent burnunda etmək istədiyi dəyişiklikləri düzgün ifadə etməli, eyni zamanda hekim xəstəyə hansı prosedurların tətbiq olunacağı barəsində ətraflı məlumat verməlidir. Burun emeliyyati hekimleri pasiyentlər üçün həm estetik həllər tapmalı, həm də tənəffüs problemlərinin  həllini təmin etməlidir.

 Azerbaycanda burun emeliyyati qiymetleri  tətbiq edilən texnikadan, əməliyyatın növündən asılı olaraq dəyişiklik göstərir.  Əməliyyat etmək istəyənlər əvvəlcə  emeliyyatin qiymeti ilə bağlı araşdırmalar edirlər.

 Emeliyyat qiymetleri   əməliyyat texnikası ilə yanaşı, əməliyyat zamanı istifadə olunan materiallar, həyata keçirilən prosedur, proseduru həyata keçirəcək həkimin təcrübəsi əsas alınaraq müəyyən olunur.

Rəy yaz