Bulhorn Əməliyyatı
Dodağın estetik cərrahiyyəsi – burun və dodaq arasındakı məsafəni kiçildərək dodağın qaldırılmasına imkan verən kiçik estetik əməliyyatdır.
Bullhorn (bulxorn) əməliyyatı burun ilə üst dodaq arasındakı boşluğun cərrahi yolla qısaldılaraq, dodaqları daha dolğun və qabarıq göstərən estetik əməliyyatdır.
Yaşla üzümüzün demək olar ki, hər yerində, qaşlarda, göz qapaqlarında, yanaqlarda, boyunda, həmçinin üst dodaqda sallanmalar meydana gəlir. Üst dodaq böyütmə və ya gərmə əməliyyatına ən çox ehtiyac irəli yaşlarda görülür. Yaşdan başqa, üst dodaq strukturunun uzun və ya üst dodaq həcminin kiçik olması bu əməliyyatın edilmə səbəblərindəndir.
Lokal anesteziya altında edilən əməliyyat 1 saat müddətində icra olunur. Əməliyyat sonrasında pasiyent evə buraxılır. Üst dodağın şaquli uzunluğunu qısaltmaq üçün burun dibində (kanoe kimi) edilən kiçik kəsik ilə dəri çıxarılır və kəsiklər tikişlərlə bağlanılır.Əməliyyat sonunda tikişli nahiyəyə sarğı qoyulacaq. Bullhorn əməliyyatından sonra burun dibində heç bir çapıq izi qalmır.
Əməliyyatdan sonra çox çeynəmə tələb etməyən yumşaq qidalar qəbul etmək, isti mayelərdən qaçınmaq və ağzınızı çox geniş açmamaq məsləhət görülür. Hər yeməkdən sonra ağzınızı yaxalamalı, kəsikləri təmiz saxlamalısınız. Əməliyyatdan 24 saat keçdikdən sonra normal günlük fəaliyyətlərinizə davam edə biləcəksiniz. Lakin bir-iki həftə gərgin işlərdən çəkinin. Şişkinlik əməliyyatı izləyən bir iki həftə ərzində azlacaqdır.
İlk bir-iki günlük dövr istisna olmaqla, bulxorn əməliyyatından sonra dodaq hərəkətlərində heç bir dəyişiklik və ya məhdudiyyəti müşahidə olunmur. Bu əməliyyatın məqsədi dodaq və burun arasındakı məsafəni 12-15 mm-ə çatdırmaqdır. Yəni üz nisbətlərini aşan cərrahi medaxilələr edilmədikcə dodaq hərəkətlərində heç bir çətinlik çəkməyəcəksiniz.
Nadir hallarda, təkrar dodaq qaldırma əməliyyatı həyata keçirilə bilər. Yenidən dodaq əməliyyatı etmək üçün 3-6 ay keçməsi kifayətdir. Bu əməliyyatın arzuolunmaz nəticəsi həddindən artıq kəsilmə, yəni dodaq və burun arasındakı dərinin çox kəsilməsidir. Əməliyyat sonrasında ilkin mərhələdə pasiyentlər az və ya çox dərinin alındığını düşünə bilər bunun üçün tam nəticənin ortaya çıxması, 3 ayın tamamlanması məsləhət görülür.
Bullhorn dodaq qaldırma əməliyyatı birdəfəlik və uzunömürlü nəticə verən əməliyyatdır. Əməliyyatın qiyməti pasiyentin xüsusiyyətlərinə və əməliyyatın həyata keçirilmə texnikalarına görə dəyişiklik göstərir.
Əməliyyat haqqında daha ətraflı məlumat əldə etmək, daha individual yanaşama ilə sizə uyğun estetik müdaxilələr etmək üçün plastik-estetik cərrah Dr. Nicat Rüstəmov ilə pulsuz konsultasiya təyin edin.