Abdominoplastika

Qarın gərmə – abdomioplastika qarının orta və aşağı nahiyəsindəki artıq piylərin və boşalmış dərinin götürülərək qarının gərilməsi məqsədi ilə həyata keçirilir.

Abdominoplastika Nədir? Əməliyyat haqqında bilinməyənlər

Abdominoplastika – qarın bölgəsində yer alan artıq dəri və piy toxumasını aradan qaldırmaq, qarını şəkilləndirmək üçün həyata keçirilən plastik əməliyyatdır. Bu əməliyyat xalq arasında qarın gərmə kimi də tanınır

Qeysəriyyə əməliyyatı, hamiləlik və daimi çəki artımı sonrasında yaranan sallanma, çatlar və yağlanmalar plastik müdaxilə ilə rahatlıqla aradan qaldırılır. Deformasiyanın formasından asılı olaraq abdominoplastika müxtəlif üsullarla həyata keçirilə bilər.  Abdominoplastika əməliyyatı qarın nahiyəsindəki artıq dərinin və yağın miqdarından asılı olaraq “mini” və ya normal olmaqla iki şəkildə aparıla bilər.  Qarın və qarın altı bölgəsindəki deformasiyanı aradan qaldırmaq üçün ümumi müdaxilələrlə tətbiq edilir. Yağlanma və sallanmalar yalnız göbək altındakı bölgədə müşahidə olunursa, o zaman mini abdominoplastika əməliyyatı sizin üçün uyğun sayıla bilər. Mini abdominoplastika həm əməliyyat müddəti, həm də daha qısa sağalma müddəti baxımından daha asan bir əməliyyatdır.

Qarın  nahiyəsindəki salanmalar və piy toxumasının artıqlığı qarın dərisində çatlar və qarın ön divarının əzələ və əzələ qişasında boşluqlar, doğuşlar, genetik quruluş kimi səbəblərdən meydana gələ bilər. Bu şikayətlər pasiyentlərdə komplekslər yaranmasına səbəb olur.

Kimlər abdominoplastika əməliyyatı üçün uyğundur?

Abdominoplastika və ya qarın gərmə əməliyyatı ümumi sağlamlığı yaxşı olan və sabit çəkidə olan şəxslər üçün uyğundur. Sistemli xəstəliyi olmayanlar, artıq çəkisi olmayanlar, dərialtı yağ toxuması olanlar, dəri sallanmasından əziyyət çəkənlər, çatlaqlardan şikayət edənlər əməliyyat vasitəsiylə bu narahtlıqlardan azad ola bilərlər.

Qarın gərmə əməliyyatı əhəmiyyətli dərəcədə çəki itirmiş, lakin qarın nahiyəsində həddindən artıq yağ yığılması və ya boş dərisi olan kişilər və ya qadınlar üçün ən optimal seçimdir.

Əməliyyat neçə saat çəkir və  abdominoplastikadan sonra sağalma müddəti nə qədərdir?

Ümumi anesteziya altında edilən bu əməliyyat 1,5-3 saat, mini abdominoplastika 1-2 arasında davam edə bilər. Əməliyyatdan sonra 4 həftə korsetdən istifadə etmək lazımdır. Əməliyyat zamanı qarın əzələlərində zəiflik və ya yırtıq varsa, bu nahiyələr gücləndirilir, artıq dəri kəsilərək bədən şəkilləndirilir.

Abdominoplastika dan sonra ilk günlərdə qarında şişlik və az miqdarda ağrılar müşahidə edilə bilər. Drenlər orta hesabla 1-3 gündən sonra, tikişlər isə 1-3 həftədən sonra çıxarılır. Əməliyyat sonrası orta hesabla 1-3 gün xəstəxanada qalmaq lazımdır. İlk həftədən sonra düz qamətlə hərəkət etməyiniz gözlənilməsə də, yeriməyə başlamağınız vacibdir. Köhnə formanızı daha tez hiss etmək üçün fiziki fəaliyyətlərə və məşqlərə ən qısa zamanda başlamaq faydalıdır.  Əməliyyatdan sonra işə və ictimai həyata dönüş insanın bədən quruluşuna və sağalma sürətinə görə 3-4 həftə çəkir. Sağalma prosesindən dərhal sonra ağır əşyalar qaldırmamaq və intensiv fiziki fəaliyyətlərə müraciət etməmək də sağlam bir sağalma dövrü üçün böyük faydalar təmin edir.

Əməliyyatdan sonra sağalmanı sürətləndirəcək  məşqlər etmək olar. Yanlız bu məşqlərin ağır olmaması və sizi yormamasına diqqət etməlisini. Əməliyyat zamanı yaranan çapıqların solması 9 aydan 1 ilə qədər çəkə bilər. Mini və ya tam abdominoplastika əməliyyatları qarın əzələlərinin zəifliyi və ya ardıcıl sallanması olan xəstələr üçün əla nəticələrlə sonlanır.

Abdominoplastika ilə mükəmməl nəticə əldə edin!

Əməliyyat sonrasında siz, fiziki görünüş baxımından  mükəmməl bir siluet qazanacaqsınız. Uğurlu abdominoplastika nəticəsində qazandığınız yeni və qüsursuz görünüşünüz sayəsində daha  xoşbəxt və özünə güvənən bir  insana çevriləcəksiniz. Balanslı bir həyat tərzi mənimsəyərək, xüsusi  pəhrizinizi saxlayaraq, uzun illər bu bədən formasında qala bilərsiniz. Qarın gərmə əməliyyatı yaxın zamanda yeni hamiləlik prosesi düşünməyən qadınlar və ideal çəkiyə çatmış şəxslər üçün uyğun bir əməliyyat növü olduğundan nəticənin qalıcı olması üçün bu mövqenin qorunub saxlanması vacibdir. Bütün tibbi əməliyyatlarda olduğu kimi, qarın gərmə (abdominoplastika) əməliyyatlarının da mütəxəssis həkimlər tərəfindən aparılması birinci prioritet addımdır. Qarın gərmə əməliyyatları bir arıqlama üsulu olmadığı üçün çəkiyə nəzarət etmək və tez-tez kökəlməmək tövsiyə olunur. Əldə edilən nəticələrin qorunması üçün  müntəzəm idman və pəhriz  saxlanılması məsləhət görülür.

Daha çox
Bizimlə əlaqə saxlayın, gözəlliyə doğru addım atın!

Zəng et, konsultasiyaya yazıl!
Pulsuz Konsultasiyaya Yazıl
Müştəri rəyləri

Müştəri məmnuniyyəti və etibarı əsas məqsədimizdir