Qarın gərmə Abdominoplastika emeliyyati – qarın və qarın altındakı dəri sallanması və pəhriz, idmanla yox olmayan piylərin çıxarılaraq ideal bədən görünüşü əldə etmək məqsədi ilə həyata keçirilən plastik əməliyyatdır.
Abdominoplastika nedir ve hansı məqsədlə edilir?
Abdominoplastika qarının aşağı hissəsindəki artıq piy və dəri toxumasının alınaraq bu bölgədə əmələ gələn boşalmış əzələlərin gücləndirilməsi üçün həyata keçirilən əməliyyatdır.
Qarın nahiyəsində kökəlmənin səbəb olduğu artıqlıqlar hər kəsin şikayət etdiyi bir məsələdir. Həmiləlik, kökəlmə və ya mədə əməliyyatından sonra qarın dərisində sallanma və çatlar əmələ gəlmə səbəblərindəndir. Sürətli çəki artımı ilə dərinin alt qatında dermis deyilən kəsik uzanır və bu uzanan nahiyələrdə dəri nazikləşir və qarın boşluğunda çatlar əmələ gəlir. Çəki artımı ilə qarın orqanlarını tutan əzələ təbəqəsi gərgin şəkildə boşalır və ayrılır, çəki itirilsə belə, bu əzələlər boşalmağa davam etdiyi üçün əvvəlki yerlərinə qayıtmır və sallanma meydana gəlir.
Bu şikayətlər xəstələrin şalvar, ətək, çimərlik paltarı və bikini geyinməsini çətinləşdirir və bəzən həddindən artıq sallanmalar həddindən artıq tərləmə nəticəsində dəri yaraları, göbələk infeksiyası kimi şikayətlərə səbəb olur.
Kimlər abdominoplastika emeliyyati üçün uyğun namizədlərdir?
Qarın gərmə və ya abdompinoplastika emeliyyati üçün uyğun sayılan nəmizədləri ümumi olaraq belə qruplandırmaq mümkündür:
- Fiziki cəhətdən sağlam və sabit çəkiyə sahib olan şəxslər
- Siqaret çəkməyən şəxslər
- Qarnının görünüşündən narahat olan şəxslər
- Sağlam həyat tərzinə sahib şəxslər
- Doğuş etmiş şəxslər
- Ağır çəkili olmayan və yükəsək çəki itirməyi düşünməyən şəxslər
Abdominoplastika emeliyyati əvəzinə Liposaksiya əməliyyatı edə bilərəmmi?
Bu sual üçün ən qısa cavab: “insandan asılıdır”.
Əgər siz uşaq dünyaya gətirmisinizsə, xüsusən də bir dəfədən çox doğum etmisinizsə, tək liposaksiyanın sizə kömək etmək şansı demək olar ki, yoxdur. Liposaksiya yalnız yağ toxumasını çıxarır, lakin uzanan və çatlamış dəri və ya ayrılmış qarın əzələləri üçün effektiv nəticə vermir. Sadə deformasiyalar liposaksiya ilə düzəldilsə də, adətən qarın gərmə əməliyyatı daha uğurlu nəticə əldə etməyə imkan verir. Deformasiyanın formasından asılı olaraq abdominoplastika müxtəlif üsullarla həyata keçirilə bilər. Bəzən liposaksiya ilə birləşdirildikdə daha yaxşı nəticələr müşahidə olunur. Liposaksiya və qarın gərmə tətbiqlərinin çox fərqli bərpa müddətləri, riskləri və xərcləri, eləcə də fərqli nəticələri var. Buna görə də, hansı prosedurun sizin üçün daha uyğun olduğunu bilmək çox vacibdir.
Emeliyyat müddəti və prosesi necədir?
Standart bir əməliyyat təxminən 2-3 saat çəkir. Emeliyyatin vaxti çıxarılacaq toxumaların həcmi və qarın əzələlərinin vəziyyətindən asılıdır. Daha əvvəl qarın nahiyəsində əməliyyat keçirən şəxslərdə bu müddət daha uzun çəkə bilər.
Emeliyyat zamanı aşağı qarın divarında kəsik edilir. Beləliklə çapıqlar bikini bölgəsində gizlənir. Qeysəriyyə əməliyyatı edilmiş xəstələrdə bu çapıq qeysəriyyə əməliyyatı zamanı yaranan çapıqlar vasitəsilə həyata keçirilir.
Mini abdominoplastikada çapıq 1-2 sm uzunluğunda olduğu halda, tam abdominoplastikada çapıq daha uzun olur. Bundan sonra sallanan və çatlamış dəri və artıq piylər çıxarılır. Daha sonra pasiyentin dəri toxuması çıxarılır və əzələ toxumasındakı zəifliklər düzəldilir. Növbəti addım dəri toxumasını uzatmaq və onu tikmək ibarətdir. Tam qarın gərmə əməliyyatında böyüdülmüş göbək kiçik edilərək yenidən formalaşdırılır. Mini qarın gərmə əməliyyatında göbək üzərində işlənmir.
Nəhayət, şişkinlik meydana gəlməsini azaltmaq üçün drenajlar yerləşdirilir. Tikişləri dəstəkləmək və yeni yaranan qarın formasını dəstəkləmək üçün korset taxılaraq prosedur tamamlanır.
Sağalma müddəti nə qədərdir?
Abdominoplastika sonrasi sağalma müddəti hər kəs üçün fərqlidir. Bu sizin sağlamlığınız, yaşınız, bədən çəkiniz kimi bir neçə faktordan asılıdır. Sağalma müddəti eyni zamanda qarın gərmə əməliyyatınızın növündən də asılı olaraq dəyişiklik göstərir.
Əməliyyatdan sonra yalnız bir neçə saat xəstəxanada qalmağınız lazım ola bilər. Cərrahınız bir gecə və ya daha çox qalmanızı tələb edə bilər.
Emeliyyat sonrsai drenajlarınız bir neçə gün ərzində qalacaq. Drenajlara necə qulluq etmək və boşaltmaq lazım olduğu həkiminiz tərəfindən sizə göstəriləcək. Təxminən altı həftə xüsusi sıxıcı korset taxacaqsınız. Bu, maye yığılmasının qarşısını almağa kömək edir və qarnınızı dəstəkləməyə kömək edir.
Abdominoplastika emeliyyatindan sonra dik durmaq çətindir və ilk 1 həftə dik durmadan yerimək vacibdir. Gəzinti laxtalanma kimi problemlərin yaranmasının qarşısını alır.
Mini-abdominoplastika əməliyyatı üçün bərpa müddəti adətən daha qısa olsa da, ən azı altı həftə gərgin fəaliyyətdən qaçınmalısınız. Buna güclü məşq və ya ağır yük qaldırma daxildir.
Emeliyyat sonrasi nəticələr….
Plastik-estetik cərrah Dr. Nicat Rüstəmov tərəfindən həyata keçirilən əməliyyatlar sonrası uğurlu nəticələri abdominoplastika foto, video qaleriyamızda incələyə bilərsiniz.
Abdominoplastika qiymeti ne qederdir?
Abdominoplastika qiymeti əməliyyat etdirmək istəyən şəxslərin ən çox maraqlandığı nüansdır. Qiymetler əməliyyatın növünə, qarın nahiyənizdə ediləcək prosedurun böyüklüyünə və bir fərqli faktordan asılı olaraq dəyişir. Emeliyyat qiymeti ilə bağlı məlumat almaq, həkimlə görüşərək prosedur haqqında individual müzakirələr etmək üçün PULSUZ KONSULTASİYAYA yazıla bilərsiniz!
Rəy yaz